Azərbaycandan olan tələbələr Latviya universitetlərinə təqaüd üçün müraciət edə bilərlər

Azərbaycandan olan tələbələr Latviya universitetlərinə təqaüd üçün müraciət edə bilərlər

Azərbaycan vətəndaşları 2023-cü il fevralın 1-dən bu ölkənin ali təhsil müəssisələrində təhsil almaq, həmçinin yay məktəblərində iştirak etmək üçün Latviya Dövlət Təqaüdü proqramına müraciət edə bilərlər.

“Birxeber.Az” xəbər verir ki, bu barədə Latviyanın Təhsil və Elm Nazirliyi məlumat yayıb.

Azərbaycan və ya Latviya universitetlərində azı 1 illik təhsilini uğurla başa vurmuş tələbələr müraciət edə bilərlər. Bakalavr və magistratura pilləsi üzrə təqaüdlər bir tədris ili (10 ay, doktorantlar - 11 aya qədər) üçün nəzərdə tutulub, təqaüdün məbləği bakalavr və magistratura pillələrində ayda 500 avro, PhD pilləsində isə ayda 700 avro təşkil edir.

Növbəti il ​​üçün təkrar müraciət tələb olunur və təqaüd bir şəxsə ardıcıl iki müddətdən çox olmayaraq verilə bilər. Müraciət prosesi adətən “Dream Apply” platforması və ya digər platformalar vasitəsilə onlayn təşkil edilir.

Bundan başqa, nazirlik bildirib ki, xarici universitetlərin tələbələri, akademik və elmi işçiləri yay məktəblərində iştirak etmək məqsədilə təqaüd almaq hüququna malikdirlər.

VIAA Latviya Yay Məktəbi Təqaüdü bütün dövr üçün adambaşına 1,000 avro təşkil edir. Amma yay məktəbinin iştirakçılar öz ölkələrindən Latviyadakı məkana qədər səyahət xərclərini özləri ödəməlidirlər.

Gələn il üçün yay məktəblərinin siyahısı fevralın 1-də məlum olacaq və VIAA və “StudyinLatvia” saytlarında dərc olunacaq. Müraciətlər birbaşa yay məktəblərinin təşkilatçılarına təqdim edilməlidir.

Xatırladaq ki, bu il Azərbaycan vətəndaşlarından təqaüd almaq üçün 60 müraciət daxil olub. Onlardan 13-nə ali məktəblərdə təhsil üçün təqaüd verilib. Azərbaycanın 2 vətəndaşı isə yay məktəblərinin iştirakçısı olub.

Digər ölkələr Digər ölkələr
Misirdə mikroavtobus kanala düşüb, ölənlər var

Misirdə mikroavtobus kanala düşüb, ölənlər var

Digər ölkələr Digər ölkələr
BMT TŞ Şimali Koreyada insan haqları ilə bağlı iclas keçirəcək

BMT TŞ Şimali Koreyada insan haqları ilə bağlı iclas keçirəcək

Digər ölkələr Digər ölkələr
Macarıstan Ukraynanın ən qısa zamanda Aİ-yə qoşulmasının tərəfdarıdır

Macarıstan Ukraynanın ən qısa zamanda Aİ-yə qoşulmasının tərəfdarıdır

Digər ölkələr Digər ölkələr
Hondurasın böyük şəhərlərində fövqəladə vəziyyət elan ediləcək

Hondurasın böyük şəhərlərində fövqəladə vəziyyət elan ediləcək

Digər ölkələr Digər ölkələr
ABŞ Ukraynaya humanitar yardım üçün əlavə 374 milyon dollar ayırıb

ABŞ Ukraynaya humanitar yardım üçün əlavə 374 milyon dollar ayırıb

Digər ölkələr Digər ölkələr
Hindistanda 8 nəfər çayda boğulub, 40-a yaxın insan itkin düşüb

Hindistanda 8 nəfər çayda boğulub, 40-a yaxın insan itkin düşüb

Digər ölkələr Digər ölkələr
Sudanda toqquşmalarda ölənlərin sayı 833-ə çatıb

Sudanda toqquşmalarda ölənlərin sayı 833-ə çatıb

Digər ölkələr Digər ölkələr
Çexiya Ukraynaya silah və hərbi texnika göndərib

Çexiya Ukraynaya silah və hərbi texnika göndərib

Digər ölkələr Digər ölkələr
Avstraliya Rusiyanın yeni səfirliyinin inşasına mane olmaq istəyir

Avstraliya Rusiyanın yeni səfirliyinin inşasına mane olmaq istəyir

Digər ölkələr Digər ölkələr
Korsikalılar Fransanın yeni qanun layihəsini qəbul etmirlər

Korsikalılar Fransanın yeni qanun layihəsini qəbul etmirlər

Digər ölkələr Digər ölkələr
Tunisdə immiqrantları daşıyan qayıq batıb: 11 nəfər ölüb, 44 nəfər itkin düşüb

Tunisdə immiqrantları daşıyan qayıq batıb: 11 nəfər ölüb, 44 nəfər itkin düşüb

Digər ölkələr Digər ölkələr
ABŞ-də naməlum şəxs 2 qadını güllələyəndən sonra intihar edib

ABŞ-də naməlum şəxs 2 qadını güllələyəndən sonra intihar edib