Türkiyə Liviyanın münaqişə zonasına çevrilməsini istəmir

Türkiyə Liviyanın münaqişə zonasına çevrilməsini istəmir

Liviyanın münaqişə zonasına çevrilməsini istəmirik.

Birxeber.Az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan XI Qlobal Bakı Forumunda çıxışı zamanı deyib.

“Bizim orada mövcudluğumuz məhz bu prioritetə hədəflənib. Liviyada dinamik proseslər baş verir, biz o dinamik gedişi güc yolu ilə həll etmək istəmirik. Liviya Şərq və Qərb formasında davamlılığını saxlaya bilməz, amma bu, eləcə də güc yolu ilə həll edilə bilməz. Bunun üçün sülh vacibdir", - nazir əlavə edib.

Hakan Fidan deyib ki, Türkiyə bu münaqişədə Şərq ölkələri ilə münasibətlərini normallaşdırıb: "Bu da Liviya ilə bağlı pozitiv ovqatlar yaradıb. Biz Liviyanı sülh, müstəqillik, suverenlik və birləşməyə çəkirik. Yaxın gələcəkdə bu istiqamətdə xoş xəbərlərin gəlməsinə inanıram".