Hakan Fidan: Azərbaycanla Ermənistan sülh müqaviləsini imzalanmağa çox yaxındır

Hakan Fidan: Azərbaycanla Ermənistan sülh müqaviləsini imzalanmağa çox yaxındır

Biz artıq qlobal sistemin dəyişdiyi dövrdəyik.

Birxeber.Az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Bakıda keçirilən XI Bakı Qlobal Forumunda çıxışı zamanı deyib.

“Azərbaycan ATƏT-in Minsk qrupunu Qarabağ münaqişəsini həll etmək üçün 30 il təhrik edib. Amma ATƏT, əksinə, münaqişəni uzatmağa çalışırdı. Nəticədə, Azərbaycan 44 günlük Vətən müharibəsi ilə ədaləti bərqərar edib", - o əlavə edib.

Hakan Fidan deyib ki, hazırda Azərbaycanla Ermənistan sülh müqaviləsinin imzalanmasına çox yaxındır: "Biz danışıqların sülh istiqamətində irəliləməsini tamamilə dəstəkləyirik".