Rafael Qrossi gələn həftə İrana səfər edəcək

Rafael Qrossi gələn həftə İrana səfər edəcək

Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi gələn həftə İrana səfər edəcək.

Birxeber.Az xəbər verir ki, bu barədə “Mehr” məlumat yayıb.

Qrossi mayın 6-7-də İsfahanda keçiriləcək nüvə konfransında iştirak edəcək. Onun İran rəsmiləri ilə də görüşü planlaşdırılıb.