Xorvatiyanın eks-prezidenti: Dünyamızın pandemiyalardan qorunması hələ də sual altındadır

Xorvatiyanın eks-prezidenti: Dünyamızın pandemiyalardan qorunması hələ də sual altındadır

Gələcəkdə dünyanın pandemiyalardan necə qorunması hələ də sual altındadır.

"Birxeber.Az" xəbər verir ki, bunu Xorvatiyanın keçmiş Prezidenti, NATO Baş katibinin keçmiş müavini Kolinda Qrabar-Kitaroviç “Parçalanmış dünyanın bərpası” mövzusunda keçirilən XI Qlobal Bakı Forumunun altıncı panel müzakirəsində deyib.

Onun sözlərinə görə, Ukrayna-Rusiya müharibəsi başlayandan koronavirus unuduldu: "Amma virus hələ ətrafımızdadır. Dünyada baş berən proseslərə baxsaq, irəlidə növbəti pandemiyalar da ola bilər. Amma nə vaxt və harada ortaya çıxacağını bilmirik".

Xorvatiyanın eks-prezidenti bildirib ki, hazırda pandemiyalar üçün ayrılan vəsaitin necə xərclənməsi ilə bağlı hər hansı dəqiq qərar yoxdur: "Bunun üstündə işləmək lazımdır. Vaksinlərin də dünyada bərabər paylanmaması narahatlıq doğurur".