Komitə sədri: "İstehsal üçün tələb olunan torpaqlarla bağlı səmərəli mexanizmlərə böyük ehtiyac var"

Komitə sədri: "İstehsal üçün tələb olunan torpaqlarla bağlı səmərəli mexanizmlərə böyük ehtiyac var"

Azərbaycanda istehsal üçün tələb olunan torpaqların təyinatı və istifadəsi qaydalarında çevik, iqtisadi cəhətdən səmərəli mexanizmlərin yaradılmasına böyük ehtiyac var.

"Report" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili parlamentin bu gün keçirilən plenar iclasında - Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatın təqdimatında bildirib.

"Bu təkliflərin nəzərdən keçirilməsi iqtisadi səmərliliyi daha da artıra, nəzarət mexanizmlərini isə gücləndirə bilər. Bundan başqa, publik hüquqi şəxslərin maliyyə-təsərrüfat fəaliyyətlərində əsaslandığı qaydalar və bu qaydaların Nazirlər Kabinetinin qaydaları ilə uyğunluğunun təhlil edilməsinə fikrimcə böyük ehtiyac var", - deyə o qeyd edib.