“Bayer 04” “Qarabağ”la oyunda rekordunu yeniləyib

“Bayer 04” “Qarabağ”la oyunda rekordunu yeniləyib

Almaniyanın “Bayer 04” klubu rekordunu yeniləyib.

“Birxeber.Az” xəbər verir ki, Leverkuzen təmsilçisi UEFA Avropa Liqasının 1/8 final mərhələsində “Qarabağ”ı 3:2 hesabı ilə məğlub edərək bunu həyata keçirib.

Bununla Xabi Alonsonun baş məşqçisi olduğu kollektiv məğlubiyyətsiz oyunlar seriyasını 37-yə çatdırıb. Komanda bu qarşılaşmaların 32-də qələbə qazanıb, 5 dəfə rəqibləri ilə bərabərə qalıb.

Cari mövsümdə heç bir turnirdə məğlub olmayan “Bayer 04” sonuncu dəfə 2023-cü ilin mayında uduzub.

Qeyd edək ki, “Qarabağ”ı iki oyunun cəmində 5:4 (2:2, 3:2) hesabı ilə məğlub edən “Bayer 04” turnirin 1/4 final mərhələsinə yüksəlib.