“Qarabağ”ın monteneqrolu futbolçusu: Növbəti mövsüm yenidən cəhd edəcəyik

“Qarabağ”ın monteneqrolu futbolçusu: Növbəti mövsüm yenidən cəhd edəcəyik

Növbəti mövsüm yenidən cəhd edəcəyik.

“Birxeber.Az” xəbər verir ki, bunu “Qarabağ”ın futbolçusu Marko Veşoviç Almaniyanın “Bayer 04” klubuna 2:3 hesabı ilə məğlub olduqları UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyunu ilə bağlı danışarkən deyib.

Monteneqrolu müdafiəçi UEFA-nın rəsmi saytına açıqlamasında qələbəni son anda əldən verdikləri üçün üzüldüklərini bildirib: “Çox məyus olduq. “Bayer 04”ə qarşı iki əla oyun keçirdik, amma bunun mükafatını almadıq. Çox kədərliyik. Qırmızı vərəqədən sonra önümüzdə “Bayer 04” kimi yüksək səviyyəli rəqibə qarşı tab gətirmək vəzifəsi var idi. Rəqib dəqiqələr keçdikcə təzyiqi artırdı. Məğlub olsaq da, əla komandamız olduğunu sübut etdik”.

Qeyd edək ki, iki oyunun cəmində 4:5 (2:2, 2:3) hesabı ilə məğlub olan “Qarabağ” avrokuboklarla vidalaşıb.