İRENA-nın baş direktoru: COP29-un qarşısında duran əsas vəzifə reallığa uyğunlaşmaqdır

İRENA-nın baş direktoru: COP29-un qarşısında duran əsas vəzifə reallığa uyğunlaşmaqdır

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) qarşısında duran əsas vəzifə reallığa uyğunlaşmaqdır.

"Report" xəbər verir ki, bunu Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (İRENA) baş direktoru Françesko La Kamera (Francesko La Camera) "Parçalanmış dünyanın bərpası" mövzusunda keçirilən XI Qlobal Bakı Forumunun dördüncü panel müzakirəsində deyib.

O bildirib ki, öhdəliklər reallıqlara uyğunlaşdırılmalıdır: "COP29 çox yaxşı platformadır. Biz, dediyim kimi, reallıqlara uyğun davranmalıyıq. Əldə olunacaq nəticələri səbirsizliklə gözləyirəm".

Natiqin sözlərinə görə, əsas məsələlərdən biri infrastrukturun yaradılmasıdır: "Bu, xüsusilə, Afrika ölkələrinə aiddir. Yalnız düzgün infrastrukturdan sonra bərpa olunan enerji ilə bağlı lazımi səviyyədə addımlar ata bilərik".