ABŞ-də tornado nəticəsində 3 nəfər ölüb

ABŞ-də tornado nəticəsində 3 nəfər ölüb

ABŞ-nin İndiana ştatında tornado nəticəsində azı 3 nəfər ölüb.

“Report” xəbər verir ki, bu barədə ABC məlumat yayıb.

Ştat polisi hadisənin Rendolf şəhərində baş verdiyini bildirib.

Məlumata görə, martın 14-də ölkənin yeddi ştatında səkkiz tornado qeydə alınıb.