Rusiyada səsvermə üçün Kamçatka və Çukotkada seçki məntəqələri açılıb

Rusiyada səsvermə üçün Kamçatka və Çukotkada seçki məntəqələri açılıb

Rusiyada prezident seçkilərində səsvermə üçün Kamçatka diyarı və Çukotka Muxtar Dairəsində seçki məntəqələri açılıb.

APA-nın Rusiya bürosu xəbər verir ki, Kamçatkada martın 15-də saat 8:00-da (14 mart Moskva vaxtı ilə 23:00) demək olar ki, 200 səsvermə məntəqəsi açılıb.

Ümumilikdə, yanvarın 1-nə Kamçatkada 225 612 seçici qeydə alınıb. Çukotkada isə martın 15-də saat 08:00-da (14 mart Moskva vaxtı ilə 23:00) 55 səsvermə məntəqəsi açılıb.

Qeyd edək ki, Rusiyada martın 15-də prezident seçkilərinə start verilir. Üç gün ərzində martın 17-dək keçiriləcək seçkilərdə dörd namizəd: heç bir siyasi partiyanı təmsil etməyən hazırki dövlət başçısı Vladimir Putin, liberal demokrat partiyasının sədri Leonid Slutski, Dövlət Dumasının deputatı, “Yeni İnsanlar” partiyasının namizədi Vladislav Davankov və Rusiya Kommunist Partiyasının namizədi Nikolay Xaritonov prezidentlik yarışında mübarizə aparacaqlar.