Dövlət büdcəsi hesabına göstərilən narkoloji yardımın minimal standartları dəyişib

Dövlət büdcəsi hesabına göstərilən narkoloji yardımın minimal standartları dəyişib

Dövlət büdcəsinin vəsaiti hesabına göstərilən narkoloji yardımın minimal standartlarında dəyişiklik edilib.

"Birxeber.Az" xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Dəyişikliklə narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından qat-qat artıq birdəfəlik istifadəsi nəticəsində yaranan komatoz (dərin şüur pozuntusu) vəziyyətdə) təxirəsalınmaz tibbi tədbirlər standartlar sırasından çıxarılıb.