Gəncədə iki avtomobil toqquşub, ata və oğlu xəsarət alıb

Gəncədə iki avtomobil toqquşub, ata və oğlu xəsarət alıb

Gəncə şəhərində 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Totanlı küçəsində qeydə alınıb.

Belə ki, iki minik avtomobilinin toqquşması nəticəsində 1979-cu il təvəllüdlü Nazim Hüseynov və onun oğlu, 2006-cı il təvəllüdlü Göyüş Hüseynov xəsarət alıblar.

Zərərçəkənlər xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.