Rusiya Ukrayna müharibəsində öldürülən muzdluların sayını açıqlayıb

Rusiya Ukrayna müharibəsində öldürülən muzdluların sayını açıqlayıb

Rusiya Silahlı Qüvvələri xüsusi əməliyyat zamanı Ukraynaya gələn 5962 əcnəbi muzdlunu öldürüb.

Birxeber.Az-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Ukraynada öldürülən muzdluların əksəriyyəti Polşadan gələnlədir, 2960 nəfər polşalıdan 1497 nəfəri öldürülüb.

"Ukraynaya gələn muzdluların ümumi sayı 13 387 nəfərdir. Gələn və məhv edilən muzdluların sayına görə ikinci yeri Gürcüstan tutur – 1042 nəfərdən 561-i məhv edilib. 1113 amerikalı muzdludan Ukrayna Silahlı Qüvvələri 491 nəfərini itirib. Həmçinin, kanadalı muzdluların 40%-dən çoxu məhv edilib (1005-dən 422-si). Böyük Britaniyadan 822 muzdlu gəlib ki, onların da 360 nəfəri məhv edilib", deyə Rusiya MN-dən verilən açıqlamada qeyd olunub.

Həmçinin, Ukrayna müharibəsində Rumıniyadan 349, Almaniyadan 88, Fransadan 147 muzdlunun öldürüldüyü bildirilib.

Rusiya MN Fransanın bütün səviyyələrdə Ukraynada mövcudluğunu inkar etdiyini də açıqlayıb.