İlk polşalı kosmonavt Miroslav Qermaşevski vəfat edib
Polşanın ilk və yeganə kosmonavtı, Sovet İttifaqı Qəhrəmanı Miroslav Qermaşevski 82 yaşında vəfat edib.
“Birxeber.Az” TASS-a istinadən xəbər verir ki, bu barədə onun kürəkəni, Avropa Parlamentinin polşalı deputatı Rişard Çarneçki tviterdə məlumat verib.
Onun Varşava xəstəxanasında dünyasını dəyişdiyi bildirilir.
Xatırladaq ki, M.Qermaşevski 1978-ci il iyunun 27-də sovet kosmik gəmisi “Soyuz-30” ilə kosmosa yollanıb.