Rusiya MSK: “Qolos” hərəkatı prezident seçkiləri zamanı təxribatlar hazırlayır

Rusiya MSK: “Qolos” hərəkatı prezident seçkiləri zamanı təxribatlar hazırlayır

Rusiya Federasiyasında xarici agent kimi tanınan “Qolos” hərəkatı prezident seçkiləri zamanı təxribatlar hazırlayır.

Birxeber.Az-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilova bildirib.

Onun sözlərinə görə, Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyası ölkədə prezident seçkiləri zamanı "Qolos" hərəkatının təxribatlar hazırlamasından xəbərdardır.

Qeyd edək ki, sabahdan Rusiyada sayca səkkizinci prezident seçkilərində səsverməyə start veriləcək. Səsvermə prosesi üç gün davam edəcək və martın 17-də bitəcək. MSK-dan bildirilib ki, Rusiya Federasiyasında prezident seçkilərində çoxgünlük səsvermənin keçirilməsi ilə bağlı qərar vətəndaşların müraciətləri əsasında Rusiya Federasiyasının Mərkəzi Seçki Komissiyası tərəfindən qəbul edilib.