BMT baş katibinin müavini: Bakıda keçiriləcək COP29 böyük əhəmiyyət daşıyır - FOTO

BMT baş katibinin müavini: Bakıda keçiriləcək COP29 böyük əhəmiyyət daşıyır - FOTO

İsrailin HAMAS-a qarşı əməliyyatı böyük fəlakətdir, Sudanda da böyük problemlər yaranıb.

APA-nın xəbərinə görə, bunu bu gün XI Bakı Qlobal Forumunun rəsmi açılış mərasimində BMT baş katibinin siyasi məsələlər üzrə müavini Qay Rayder (Guy Ryder) bildirib.

O deyib ki, qlobal məsələlər ən münasib vaxtda həll edilməlidir:

“Parçalanma, hərbi qüvvədən istifadə etmə yolverilməzdir. BMT baş katibi dəfələrlə bəyan edib ki, dağıdıcı xətləri aradan qaldırmalıyıq. Aydındır ki, dünya dəyişib. Biz qütblü dünyaya getməliyik. 2030-cu ilə qədər gündəlik müzakirə edilib. Dünya ictimaiyyətinin əsas böhranları aradan qaldırması çox vacibdir. Buna görə Qlobal kontankt sazişi təklif olundu. Qlobal sazişin imzalanması vacibdir, bu, rəqəmsal paçalanmanı, texnologiyalardan qeyri-düzgün istifadəni də aradan qaldırar”.

Qay Rayder qeyd edib ki, Bakıda keçiriləcək COP29 tədbiri də böyük əhəmiyyət daşıyır və Azərbaycanın sədrliyini dəstəkləyirlər:

“Bakı Qlobal Forumunda müzakirələr bizim üçün vacibdir. Hamı beynəlxalq hüquqların tələblərinə riayət etməlidir. Düşünürəm ki, Forum hər birimizin irəliyə getməyimizə səbəb olacaq”.