Şuşa-Xankəndi yolunda etiraz aksiyasının iştirakçıları çadırlarda gecələmək qərarına gəlib

Şuşa-Xankəndi yolunda etiraz aksiyasının iştirakçıları çadırlarda gecələmək qərarına gəlib

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Şuşa-Xankəndi yolunda keçirilən etiraz aksiyasının iştirakçıları bu axşam orada gecələməyə qərar veriblər.

"Report"un ərazidə olan əməkdaşı xəbər verir ki, etiraz aksiyası keçirən azərbaycanlı aktivist və QHT nümayəndələrinin rahat şəkildə gecələmələri üçün çadırlar quraşdırılıb.

Eləcə də çadırlar və ərazi işıqlandırılıb. Bununla yanaşı, çadırlar istiliklə təmin edilib.

Eyni zamanda, ərazidə Azərbaycanın Dövlət Bayrağı da ucaldılıb.

Aksiya iştirakçıları Qarabağ iqtisadi rayonunun bəzi ərazilərdində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkovun əraziyə gəlməyəcəyi təqdirdə etirazlarını davam etdirəcəklərini bildiriblər.

Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə etiraz aksiyası davam edir.

Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.

QARABAĞ QARABAĞ
Xankəndi-Laçın yolu: ekoaksiya yağışlı havaya baxmayaraq davam edir 

Xankəndi-Laçın yolu: ekoaksiya yağışlı havaya baxmayaraq davam edir 

QARABAĞ QARABAĞ
Hikmət Hacıyev: "Ermənistan Praqa və Soçi sənədləri ilə Azərbaycanın Qarabağ üzərində suverenliyini tanıyıb"

Hikmət Hacıyev: "Ermənistan Praqa və Soçi sənədləri ilə Azərbaycanın Qarabağ üzərində suverenliyini tanıyıb"

QARABAĞ QARABAĞ
Xankəndi-Laçın yolunda aksiyanın 104-cü günü: ekofəallar etirazlarını davam etdirirlər

Xankəndi-Laçın yolunda aksiyanın 104-cü günü: ekofəallar etirazlarını davam etdirirlər

QARABAĞ QARABAĞ
BQXK-nin avtomobilləri Laçından Xankəndi istiqamətinə keçib - YENİLƏNİB

BQXK-nin avtomobilləri Laçından Xankəndi istiqamətinə keçib - YENİLƏNİB

QARABAĞ QARABAĞ
Bu gün Xankəndi-Laçın yolunda sülhməramlıların 32 avtomobili maneəsiz keçib - YENİLƏNİB-8 

Bu gün Xankəndi-Laçın yolunda sülhməramlıların 32 avtomobili maneəsiz keçib - YENİLƏNİB-8 

QARABAĞ QARABAĞ
Meşəli kənd məktəbinin keçmiş direktoru: "Vaqif Xaçatryanın da olduğu silahlı dəstə şagirdimi yandırıb"

Meşəli kənd məktəbinin keçmiş direktoru: "Vaqif Xaçatryanın da olduğu silahlı dəstə şagirdimi yandırıb"

QARABAĞ QARABAĞ
Xankəndi-Laçın yolunda sülhməramlılara məxsus 59 avtomobil maneəsiz keçib - YENİLƏNİB-5

Xankəndi-Laçın yolunda sülhməramlılara məxsus 59 avtomobil maneəsiz keçib - YENİLƏNİB-5

QARABAĞ QARABAĞ
Dövlət Komissiyası: “Edilli kəndi ərazisində qazıntı işləri davam etdiriləcək”

Dövlət Komissiyası: “Edilli kəndi ərazisində qazıntı işləri davam etdiriləcək”

QARABAĞ QARABAĞ
Bu gün Xankəndi-Laçın yolunda sülhməramlılara məxsus 18 avtomobil maneəsiz hərəkət edib - VİDEO - YENİLƏNİB-2

Bu gün Xankəndi-Laçın yolunda sülhməramlılara məxsus 18 avtomobil maneəsiz hərəkət edib - VİDEO - YENİLƏNİB-2

QARABAĞ QARABAĞ
Prezident İlham Əliyev 330 kV-luq “Cəbrayıl” qovşaq yarımstansiyasının açılışını edib

Prezident İlham Əliyev 330 kV-luq “Cəbrayıl” qovşaq yarımstansiyasının açılışını edib

QARABAĞ QARABAĞ
Xankəndi-Laçın yolunda sülhməramlıların 66 avtomobili maneəsiz hərəkət edib - YENİLƏNİB-3

Xankəndi-Laçın yolunda sülhməramlıların 66 avtomobili maneəsiz hərəkət edib - YENİLƏNİB-3

QARABAĞ QARABAĞ
Ukrayna KİV-i Azərbaycanın azad etdiyi ərazilərinin bərpasını işıqlandırıb: "Bizimçün təcrübədir"

Ukrayna KİV-i Azərbaycanın azad etdiyi ərazilərinin bərpasını işıqlandırıb: "Bizimçün təcrübədir"