Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü: Dünyadakı böhranın mənbələrini araşdırmalıyıq

Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü: Dünyadakı böhranın mənbələrini araşdırmalıyıq

Hazırda elə bir dövrdür ki, şəxsi maraqlar hər şeydən üstün götürülür.

“Birxeber.Az” xəbər verir ki, bunu Bosniya və Herseqovina Rəyasət Heyətinin serb üzvü Jelka Cviyanoviç (Zeljka Cvijanovic) “Parçalanmış Dünyanın Bərpası” mövzusunda keçirilən XI Qlobal Bakı Forumunda çıxışı zamanı deyib:

“Biz paradoksal bir dövrdəyik, parçalanmalar müşahidə edirik. Biz böhranın mənbələrini araşdırmalıyıq. Xaotik dünyaya son qoymaq üçün biz nə edə bilərik? Bunun üzərində düşünməliyik. Bu kimi forum həmin məsələlərin aradan qaldırılmasına xidmət edə bilər”.