BMT Baş katibinin müavini Bakıdan dünya ictimaiyyətinə çağırış edib

BMT Baş katibinin müavini Bakıdan dünya ictimaiyyətinə çağırış edib

BMT Baş katibin siyasi məsələlər üzrə müavini Qay Rayder (Guy Ryder) Bakıdan dünya ictimaiyyətinə müraciət edib.

“Birxeber.Az” xəbər verir ki, BMT rəsmisi martın 14-də “Parçalanmış dünyanın bərpası” mövzusunda keçirilən XI Qlobal Bakı Forumunda çıxışında bildirib ki, bu gün sülh üçün vaxt yetişib.

“Qlobal məsələləri sürətlə həll etməliyik. BMT Baş katibi dəfələrlə bəyan edib ki, bu iqtisadiyyata və bir çox şeyə ziyan vurur. Nə qədər ki, parçalanmış dünyada olacağıq, bu proseslər davam edəcək. Ona görə də bunu aradan qaldırmaq üçün səy göstərməliyik. BMT-nin bu gün 193 üzvü var. Biz atılan addımlarda yenilik etməliyik. Bizim gələcəyimiz üçün nəzərdə tutulan danışıqlar davam edir”, - BMT Baş katibinin müavini söyləyib.

Q.Rayder bildirib ki, bütün dünya ictimaiyyəti əsas problemlərin aradan qaldırılmasına çalışmalıdır və bunun üçün Qlobal kompakt sazişi təklif olunub: "Qlobal sazişin imzalanması vacibdir".

Onun sözlərinə görə, bu il Azərbaycanda keçiriləcək COP29 böyük əhəmiyyətə malik BMT tədbiridir: "Azərbaycanın bu istiqamətdəki səylərini dəstəkləyirik”.