AMB: Bizneslər ödənişlərinin 25%-ni “Apple Pay” və “Google Pay”lə aparır

AMB: Bizneslər ödənişlərinin 25%-ni “Apple Pay” və “Google Pay”lə aparır

Qlobal miqyasda baş verən hadisələr ölkəmizdə nağdsız ödəniş ekosisteminin formalaşdırılmasına stimul olub.


Birxeber.Az-Economics” xəbər verir ki, bunu Bakıda keçirilən Beynəlxalq Visa Nağdsız Forumunda (Visa Cashless Forum 2024) çıxışı zamanı Azərbaycan Mərkəzi Bankının baş direktoru Fərid Osmanov deyib.

O bildirib ki, 2022-ci illə müqayisədə kartlarla aparılan əməliyyatlarda nağdsız dövriyyənin xüsusi çəkisi 12% artaraq 56%-ə çatıb. 2024-cü ilin yanvar ayı üzrə bu göstərici 60%-i ötüb. İnsanların ödəniş davranışlarında nağdsız ödənişlər üstünlük təşkil edir.
Cari hesablar üzərindən aparılan əməliyyatlarda da kağız üzərində əməliyyatlar azalıb, elektron təqdim ediləb ödənişlər 80%-i keçib.
İnternet və mobil bankçılıq xidmətləri də kifayət qədər yüksəlib. İnternet bankçılıq xidmətlərinin həcmi ötən il 12%, mobil bankçılıqda isə 2 dəfə artıb.

““Apple Pay” və “Google Pay” əməliyyatlarında, tokenizasiya əməliyyatlarında da artım müşahidə edilir. Ötən il token əməliyyatlarının sayı 3,5 dəfə artıb. Təsərrüfatı subyektlərində quraşdırılmış Pos-terminalları ilə aparılan 4 əməliyyatdan 1-i “Apple Pay” və “Google Pay”ə aid olub” - Fərid Osmanov əlavə edib.