Qazaxda Gürcüstan səfirliyinin qəzaya düşən əməkdaşları öz ölkələrindəki xəstəxanaya göndərilib - YENİLƏNİB-3

Qazaxda Gürcüstan səfirliyinin qəzaya düşən əməkdaşları öz ölkələrindəki xəstəxanaya göndərilib - YENİLƏNİB-3

Ötən axşam Gürcüstan səfirliyinə məxsus avtomobilin aşması nəticəsində xəsarət alan şəxslər öz ölkələrində olan xəstəxanaya göndərilib.

"Birxeber.Az"un Qərb bürosunun məlumatına görə, Gürcüstan vətəndaşları - 1955-ci il təvvəlüdlü Khulordava Malkhaz və 1956-cı il təvvəlüdlü Todua Yali Qazax Rayon Mərkəzi Xəstəxanasında ilkin tibbi yardımlar aldıqdan sonra Gürcüstanda yerləşən xəstəxanalardan birinə köçürülüb.

Xatırladaq ki, Gürcüstan səfirliyinə məxsus "Lexsus" markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Hadisə Bakı-Qazax-Gürcüstan magistral yolunun Qazax rayonu İkinci Şıxlı kəndindən keçən hissəsində qeydə alınıb.

Faktla bağlı araşdırma davam edir.

13.03.2024 / 22:20

Qazaxda yol qəzasında xəsarət alanların kimliyi məlum olub.

"Birxeber.Az"un Qərb bürosunun məlumatına görə, yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alanlar - 1955-ci il təvəllüdlü Khulordava Malkhaz və 1956-cı il təvəllüdlü Todua Yalidir.

Faktla bağlı araşdırma aparılır.

21:27

Qazax rayonunda Gürcüstanın Azərbaycandakı səfirliyinin əməkdaşı qəzaya düşüb.

"Birxeber.Az"un Qərb bürosunun məlumatına görə, "Lexsus" markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində 2 nəfər xəsarət alıb.

Onlar xəstəxanaya çatdırılıb, vəziyyətləri orta-ağır və kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

21:02

Qazax rayonun İkinci Şıxlı kənd ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

"Birxeber.Az"un Qərb bürosunun məlumatına görə, avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində bir neçə nəfər xəsarət alıb.

Hadisə yerinə təcili tibbi yardım briqadaları və Dövlət Yol Polisinin əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.