ÇL: “Borussiya” PSV-ni məğlub edərək 1/4 finala yüksəlib

ÇL: “Borussiya” PSV-ni məğlub edərək 1/4 finala yüksəlib

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun oyunları keçirilir.

APA xəbər verir ki, Avropanın nüfuzlu turnirində “Atletiko” – “İnter” və “Borussiya” – PSV komandaları qarşılaşıb.

Doğma divarlar önündə Niderland təmsilçisi PSV-ni qəbul edən “Borussiya” mərhələyə adlayıb.

90 dəqiqqənin tamamında 2:0 hesablı qələbəyə sevinən dortmunlullar ümumi hesabda da irəli çıxıb - 3:1.

Yekunda Almaniya təmsilçisi Avropanın nüfuzlu turnirində yoluna 1/4 final mərhələsində davam edəcək.

“Atletiko” – “İnter” oyununda isə ümumi hesab bərabər olduğundan əlavə hissələr oynanılır.