DSX-nin əsgərinin ölümü ilə bağlı cinayət işi açılıb - YENİLƏNİB

DSX-nin əsgərinin ölümü ilə bağlı cinayət işi açılıb - YENİLƏNİB

Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Əliyev Məhəmməd Məhərrəm oğlunun silahla davranış qaydalarının pozulması nəticəsində ehtiyatsızlıqdan ölməsi barədə Şəmkir hərbi prokurorluğunda cinayət işi açılıb.

Bu barədə "Report"a Azərbaycan Respublikası Hərbi prokurorunun böyük köməkçisi - Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev deyib.

Şəmkir hərbi prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb və digər hərəkətlər icra edilib.

Cinayət Məcəlləsinin 350.2-ci (Silahla davranış qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə başlanılmış cinayət işi üzrə şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.

Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq.

15:57

Dekabr ayının 10-da saat 16:55-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Qazax Əlahiddə Sərhəd Diviziyasında silahla davranış qaydalarının pozulması nəticəsində müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu 2003-cü il təvəllüdlü əsgər Əliyev Məhəmməd Məhərrəm oğlu aldığı güllə yarasından vəfat edib.

Bu barədə “Report”a DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.

Baş vermiş hadisənin araşdırılması məqsədilə Dövlət Sərhəd Xidməti rəisinin göstərişi ilə Sərhəd Qoşunlarının komandanı hadisə yerinə ezam olunub.

Faktla bağlı prokurorluq orqanları ilə birgə araşdırma işləri aparılır.

Dövlət Sərhəd Xidmətinin rəhbərliyi vəfat etmiş hərbi qulluqçunun yaxınlarına dərin hüznlə başsağlığı verir.

HƏRBİ HƏRBİ
MN: "Ordumuzun Kəlbəcər istiqamətində yerləşən mövqeləri intensiv atəşə tutulub"

MN: "Ordumuzun Kəlbəcər istiqamətində yerləşən mövqeləri intensiv atəşə tutulub"

HƏRBİ HƏRBİ
Goranboyda yol qəzasında həlak olan hərbçiyə şəhid statusu veriləcək

Goranboyda yol qəzasında həlak olan hərbçiyə şəhid statusu veriləcək

HƏRBİ HƏRBİ
Hərbi vəzifəlilərin təlim toplanışı başa çatıb

Hərbi vəzifəlilərin təlim toplanışı başa çatıb

HƏRBİ HƏRBİ
31 il əvvəl Qarabağ döyüşlərində itkin düşmüş Nofəl Qurbanov torpağa tapşırılıb

31 il əvvəl Qarabağ döyüşlərində itkin düşmüş Nofəl Qurbanov torpağa tapşırılıb

HƏRBİ HƏRBİ
Prezident İlham Əliyev: “Bu gün Ordumuz üç il bundan əvvəlki ordudan daha güclüdür”

Prezident İlham Əliyev: “Bu gün Ordumuz üç il bundan əvvəlki ordudan daha güclüdür”

HƏRBİ HƏRBİ
Qanunsuz erməni silahlı dəstələrinin Xocavənddə yeni səngər yolları qazmağının qarşısı alınıb

Qanunsuz erməni silahlı dəstələrinin Xocavənddə yeni səngər yolları qazmağının qarşısı alınıb

HƏRBİ HƏRBİ
Azərbaycan Ordusunun mövqeləri Naxçıvan istiqamətində  atəşə tutulub

Azərbaycan Ordusunun mövqeləri Naxçıvan istiqamətində atəşə tutulub

HƏRBİ HƏRBİ
Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub

Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub

HƏRBİ HƏRBİ
MN: "Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumat tamamilə yalandır"

MN: "Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumat tamamilə yalandır"

HƏRBİ HƏRBİ
Zakir Həsənov və Hulusi Akar Konyada "Anadolu Qartalı-2023" təlimlərini izləyiblər

Zakir Həsənov və Hulusi Akar Konyada "Anadolu Qartalı-2023" təlimlərini izləyiblər

HƏRBİ HƏRBİ
Azərbaycan hərbçiləri Türkiyədə təlimdə iştirak edəcək

Azərbaycan hərbçiləri Türkiyədə təlimdə iştirak edəcək

HƏRBİ HƏRBİ
DSX: "İrandan Azərbaycana 18 kq-dan artıq narkotik keçirilməsinin qarşısı alınıb"

DSX: "İrandan Azərbaycana 18 kq-dan artıq narkotik keçirilməsinin qarşısı alınıb"