Çexiya baş nazirinin müşaviri: “Ukrayna mərmiləri iyunda ala bilər”

Çexiya baş nazirinin müşaviri: “Ukrayna mərmiləri iyunda ala bilər”

Çexiyanın təşəbbüsü ilə Avropa İttifaqı (Aİ) ölkələri tərəfindən alınan mərmilərin ilk partiyası bu ilin iyununda Ukraynaya göndərilə bilər.

“Report” “Euractiv”ə istinadən xəbər verir ki, bu barədə Çexiya baş nazirinin müşaviri Tomaş Poyar bildirib.

Çexiya baş nazirinin müşaviri söyləyib ki, müqavilənin bağlanmasından tədarükün başlanmasına qədər bir neçə həftə keçməlidir. “Praqa bütün mümkün, əlçatan yerlərdə, amma uyğun qiymətə sursat axtarır”, - o deyib.

Daha əvvəl Çexiya baş nazirinin müşaviri Praqanın Kiyevi 800 min artilleriya mərmisi ilə təchiz etməyə hazır olmadığını, mərmilərin alınması üçün kifayət qədər pul yığılmadığını bildirmişdi.