Elçin Əmirbəyov: ABŞ-nin Beynəlxalq Dini Etiqad Azadlıqları Komissiyasının siyahısında Ermənistanın olmaması ədalətsizlikdir

Elçin Əmirbəyov: ABŞ-nin Beynəlxalq Dini Etiqad Azadlıqları Komissiyasının siyahısında Ermənistanın olmaması ədalətsizlikdir

Prezident İlham Əliyevin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun "İnternational Policy Digest" nəşrində açıqlaması dərc edilib.

Birxeber.Az xəbər verir ki, ABŞ-nin “İnternational Policy Digest” dərgisində çıxmış “Amerikanın narahaetedici qınaqları Azərbaycanı çətin vəziyyətdə qoyur” başlıqlı yazıda qeyd olunub ki, “cəmi altı ay əvvəl, Cenevrədə BMT-nin İnsan Haqları Şurasında dini dözümsüzlüyün həyəcanverici şəkildə artması başqalarının inanclarına hörmət edilməməsi üçün ümumi qınaq doğurdu. O vaxtdan bəri dünya Həmas və İsrail arasında ən ağır dini qarşıdurmalardan birinin alovlanmasının şahidi oldu və hər iki fərqli baxış digərinin məhv edilməsinin vacibliyini açıq şəkildə müdafiə etdi.”

Yazıda, həmçinin dünyanın başqa bölgələrdə də analoji vəziyyətin olması xüsusi ilə qabardılıb. Müəllif əlavə edib ki, əslində belə təlatümlü zamanlarda dini tolerantlığın nümunəsi olan xalqlar bayram edilməlidir:

“Əhalisinin əksəriyyəti müsəlmanlar təşkil edən və ölkə və xaqlar arasında nümunə olan Azərbaycana diqqət edin. Dünyəvi dövlət kimi onun konstitusiyası bütün dinlərin qanun qarşısında bərabərliyini təsdiq edir, hər hansı bir inanca qarşı nifrət ifadələrini fəal şəkildə qadağan edir və dinlərarası dialoqa hər hansı maneə yaratmır.”

Müsəlman ölkəsi olsa da, Azərbaycan müsəlman, xristian və yəhudi vətəndaşlarının təmsil olunduğu hökumət və təhsil sistemi qurub və bununla fəxr edir. Yazının müəllifi Krişna Naq məqaləsində şərqlə qərbi birləşdirən tarixi İpək Yolu üzərində strateji mövqedə yerləşən Azərbaycanın əsrlər boyu qonaqpərvərliyin çırağı olduğunu yazıb. Məmləkətimizin öz dəyərlərini hətta sovet dövründə belə itirmədiyini xüsusi ilə vurğulayıb. Azərbaycanda bütün dinlərin təmsilçilərinin azadlıqlarına toxunan jurnalist bu mənada ölkəmizi hamıya nümunə göstərib. Bildirib ki, bu ölkə mürəkkəb regionda yerləşsə də öz idektikliyini qoruyub. Hətta Roma papası belə həmişə Azərbaycan haqqında yüksək fikirlər səsləndirib. Avropa Demokratiya Fondu Brüsseldən təqdim etdiyi hərtərəfli hesabatında müxtəlif icmalar arasında dinc yanaşı yaşayışı və mötədil, tolerant dini şərhi təşviq edən sistemin “Azərbaycanın dünyəvi sisteminin multikultural modelinin müsbət təsirini” mühüm fakt kimi qeyd edib.

Müəllif sonra əlavə edib: “Buna baxmayaraq, Azərbaycan gözlənilmədən sanki cəzalandırılır. Birləşmiş Ştatlar müəmmalı bir addımla Azərbaycanı İran, Pakistan və Səudiyyə Ərəbistanı kimi dövlətlərlə yanaşı, dini etiqad azadlığına nəzarət siyahısına daxil edir və ABŞ-nin Beynəlxalq Dini Etiqad Azadlıqları Komissiyası Qarabağda xristian irsinin qorunub saxlanması ilə bağlı narahatlığını bəyan edib.”

Azərbaycan isə buna açıq cavab verib. Prezident İlham Əliyevin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov bu KİV-ə verdiyi müsahibədə bildirib ki, “Biz bu əsassız və qərəzli qərardan təəssüf edir və onu rədd edirik!”. Jurnalist qeyd edib ki, həmin müsahibədə Elçin Əmirbəyov bir sıra digər mühüm məqamlara toxunub, o cümlədən də Roma Papası Fransiskin 2016-cı ildə Bakıya səfəri haqqında danışıb.

O deyib ki, Roma Papası Azərbaycanın dini harmoniyasını tərənnüm edib. “Biz heç bir siyasi konyukturadan asılı olmayan dini müxtəlifliyimizlə fəxr edirik. Müsəlman, yəhudi, xristian, hamımız bir ailəyik. Bu, bizim DNT-mizin bir hissəsidir”, - deyə Elçin Əmirbəyov vurğulayıb. Ona görə də Azərbaycanın izlənilən ölkələr siyahısına salınması çaşdırıcıdır. Beynəlxalq hüquq Qarabağı və onun ətrafındakı rayonları hər zaman Azərbaycan ərazisi kimi tanıyıb. Elçin Əmirbəyov daha sonra əlavə edib ki, “BMT-nin Ermənistanın həmin ərazilərdən geri çəkilməsini tələb edən qətnamələrinə baxmayaraq, onilliklər boyu işğal davam edib. Azərbaycan Ermənistanın işğalında olan torpaqlarını yaxınlarda geri alıb.”

Xüsusi tapşırıqlar üzrə nümayəndə deyib ki, qərbdən olan müşahidəçilər, o cümlədən L’Institut Prospective et Sécurité en Europe-dan Emmanuel Dupuy illər ərzində Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan mədəniyyət abidələrinin təhqir edilməsini və dağıdılmasını görüb və pisləyiblər. Onilliklər ərzində Qarabağdakı Azərbaycan mədəniyyət nümunələri sistemli şəkildə vandallığa məruz qalıb, mənimsənilib və məhv edilib". Bu isə Dupuyinin fikirləridir: “Qəbiristanlıqlar sökülüb, müqəddəs yerlər murdarlanıb və digər mədəni əsərlər talan edilib və ya dağılmağa buraxılıb”. Bu, xüsusilə ingilis yazıçısı Corc Mitçelin “kabus şəhəri” və “Qafqazın Xirosiması” kimi təsvir etdiyi Ağdam şəhəri ilə bağlı həqiqətlərdir. "Ağdam bəlkə də ən kədərli və bu faktı sübut edən ən bariz nümunədir", deyə Dupuy vurğulayıb. “Bir vaxtlar necə deyərlər həyat dolu olan Azərbaycanın bu şəhəri 1993-cü ildə Ermənistan tərəfindən tamamilə dağıdılıb və xarabalığa çevrilib”.

Elçin Əmirbəyov ABŞ-nin tərtib etdiyi bu siyahıda Ermənistanın olmamasının ədalətsizlik olduğunu söyləyib və bunun ikili standartlar siyasətinin nəticəsi olduğunu vurğulayıb. O, Azərbaycanın ərazilərini azad etdikdən sonra bütün mədəni və dini obyektləri qorumaq üçün üzərinə düşənləri etdiyi halda belə şəkildə qınanmasının yolverilməz olduğunu deyib. Bundan başqa, Azərbaycan ABŞ Komissiyasının hesabatında potensial qərəzlilik hiss edir və onun müəlliflərindən biri Danielle Saroyan Aşbahianın erməni müdafiə qrupları ilə əlaqəsi olduğunu qeyd edir. Həmçinin ABŞ-nin bu məsələdəki mövqeyi narahatlıq doğurur. Bu mövqe dünyəvi müsəlman kimliyi olan, lakin bununla yanaşı həm də qərbi də tanıyan ölkə kimi regional münaqişələrdə potensial vasitəçi ola biləcək Azərbaycanı bu istiqamətdə kənara qoymaq riskini daşıyır. Baxın, Azərbaycanın Ermənistana qarşı son sülh təklifləri bu potensialı bir daha göstərir.

Sonda yazıda qeyd olunub ki, dünyada tolerantlığa can atdığı bir şəraitdə Azərbaycan kimi strateji tərəfdaşdan uzaqlaşmaq əks effekt verir. Bunun əvəzində Qərb Azərbaycanın zəngin dini plüralizm təcrübəsindən istifadə edərək, Yaxın Şərqdə və başqa yerlərdə daha ahəngdar mövcudluq üşün səylər göstərsə, bu daha uğurlu alınar və faydalı olar.