Samir Nuriyev: Keçmiş məcburi köçkünlərin qayıdışı istiqamətində işlər planlı şəkildə davam etdirilir

Samir Nuriyev: Keçmiş məcburi köçkünlərin qayıdışı istiqamətində işlər planlı şəkildə davam etdirilir

Keçmiş məcburi köçkünlərin öz dədə-baba yurdlarına qayıdışı istiqamətində işlər planlı və əlaqələndirilmiş şəkildə davam etdirilir.

"Birxeber.Az" xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyev Qərargahın növbəti iclası zamanı deyib.

O, işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma layihələrinin “Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq keyfiyyətli, operativ, kompleks yanaşma tətbiq etməklə əlaqələndirilmiş şəkildə icrasının vacibliyini xüsusi vurğulayıb.