Şahbuzda məktəb direktoru nöqsana görə işdən çıxarılıb

Şahbuzda məktəb direktoru nöqsana görə işdən çıxarılıb

Şahbuz rayon Türkeş kənd tam orta məktəbinin direktoru vəzifəsindən azad olunub.

Birxeber.Az-nın Naxçıvan bürosu xəbər verir ki, Şahbuz rayon Türkeş kənd tam orta məktəbinin direktoru Elminə Məmmədova vəzifə səlahiyyətlərini pozduğu və eyni zamanda fəaliyyətində nöqsanlara yol verdiyi üçün vəzifəsindən azad edilib.

Bunula bağlı Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən müvafiq əmr imzalanıb.