Bolqarıstanın sabiq Prezidenti: 2023-cü il Azərbaycan tarixində xüsusi il olub

Bolqarıstanın sabiq Prezidenti: 2023-cü il Azərbaycan tarixində xüsusi il olub

2023-cü il Azərbaycan tarixində xüsusi bir il olub.

"Report" xəbər verir ki, bunu Bolqarıstanın sabiq Prezidenti Rosen Plevneliyev martın 14-dən 16-dək Bakıda keçiriləcək XI Qlobal Bakı Forumuna həsr olunmuş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, 2023-cü il Azərbaycanın ərazi bütövlüyünün tam bərpa olunması ilə əlamətdardır.

R.Plevneliyev onu da qeyd edib ki, bu il müzakirələr xüsusi əhəmiyyət kəsb edəcək, çünki onların böyük hissəsi COP29-a hazırlıqlara həsr olunacaq.