SOCAR və BP “yaşıl enerji”yə keçid imkanlarını nəzərdən keçiriblər

SOCAR və BP “yaşıl enerji”yə keçid imkanlarını nəzərdən keçiriblər

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və BP şirkəti “yaşıl enerji”yə keçid, dekarbonizasiya istiqamətində gücləndirilməsi imkanlarını nəzərdən keçiriblər.

"Birxeber.Az" xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında yazıb.

Nazir bildirib ki, SOCAR-ın prezidenti Rövşən Nəcəf və həmkarlarla birlikdə BP şirkətinin baş icraçı direktoru Mürrey Aukinklos ilə görüş keçirilib.

“Keçirdimiz görüşdə ikitərəfli əməkdaşlığın nəticələrini, eləcə də birgə fəaliyyətin “yaşıl enerji”yə keçid, dekarbonizasiya, kəşfiyyat və hasilat layihələri istiqamətində gücləndirilməsi imkanlarını nəzərdən keçirdik. BP şirkətinin Azərbaycanla davamlı tərəfdaşlığın genişləndirilməsinə sadiqliyi və bərpa olunan enerji layihələrində iştiraka marağı ifadə edilib”, - deyə M. Cabbarov qeyd edib.