Gəncənin bəzi ərazilərində qazın verilişi tam bərpa olunub - YENİLƏNİB-2

Gəncənin bəzi ərazilərində qazın verilişi tam bərpa olunub - YENİLƏNİB-2

Gəncənin bəzi ərazilərində qazın verilişi tam bərpa olunub.

"Birxeber.Az"un Qərb bürosunun məlumatına görə, Gəncə Regional Qaz İstismar İdarəsinin əməkdaşları tərəfindən görülən tədbirlər nəticəsində sıradan çıxmış qaz xətti təmir edilib.

18:45

Gəncənin bəzi ərazilərində qazın kəsilməsinə səbəb olan hadisənin təfərrüatları açıqlanıb.

"Birxeber.Az"un Qərb bürosunun məlumatına görə, yeniyetmə atasına məxsus yük maşınını icazəsiz idarə edən zaman onu qaz xəttinə çırpıb.

Nəticədə boru sınıb, qaz təsərrüfatına zərər dəyib.

Hazırda Qaz idarəsinin əməkdaşları tərəfindən yaranmış problemin aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

Bildirilir ki, işlər başa çatan kimi qazın verilişi tam bərpa olunacaq.

17:02

Gəncə şəhərində bəzi ərazilərdə təbii qazın verilişi dayandırılıb.

"Birxeber.Az"un Qərb bürosunun məlumatına görə, buna səbəb avtomobilin qaz xəttini sındırması olub.

Hazırda aidiyyəti qurumların əməkdaşları tərəfindən yaranmış problemin aradan qaldırılması istiqamətində işlər aparılır.