Putin: Polşa Ukraynaya qoşun yeritsə, daha ordan çıxmayacaq

Putin: Polşa Ukraynaya qoşun yeritsə, daha ordan çıxmayacaq

Polşa Ukraynaya qoşun yeridərsə, oranı tərk etməyəcək.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin "Rossiya 1" və RİA Novosti-yə müsahibəsində bildirib.

"Əgər, deyək ki, Polşa qoşunları təmas xəttində hərbi əməliyyatlarda iştirak etmək üçün, Ukrayna hərbi kontingentini azad etmək üçün, Ukrayna-Belarus sərhədini bağlamaq üçün Ukrayna ərazisinə daxil olarsa, onlar ordan artıq heç vaxt çıxmayacaqlar. Bundan sonra Polşa tarixən özünə məxsus hesab etdiyi torpaqları qaytarmaq istəyəcək.

Çünki onlar qayıtmaq istəyəcəklər, yatıb yuxuda görürlər, tarixən özlərininki saydıqları, xalqların atası İosif Vissarionoviç Stalinin əllərindən alıb Ukraynaya verdiyi o torpaqları qaytarmaq istəyirlər. Təbii ki, həmin əraziləri geri istəyirlər. Rəsmi Polşa bölmələri ora daxil olsalar, çətin ki, oradan çıxsınlar", deyə Putin qeyd edib.