İsmayıllıda yol qəzası olub, xəsarət alanlar var

İsmayıllıda yol qəzası olub, xəsarət alanlar var

İsmayıllıda iki avtomobil toqquşub.

Birxeber.Az-nin Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Qurbanəfəndi kəndində qeydə alınıb. "Mercedes" və "İsuzu" markalı avtomobillərin toqquşması nəticəsində 2000-ci il təvəllüdlü Abbasov İslam Əmirşah oğlu və 1992-ci il təvəllüdlü Ələsgərli Elşen Söhrab oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.