FHN: "Yeni alınmış yanğınsöndürmə avtomobilləri azad olunmuş ərazilərimiz üçün nəzərdə tutulub"

FHN: "Yeni alınmış yanğınsöndürmə avtomobilləri azad olunmuş ərazilərimiz üçün nəzərdə tutulub"

"Yeni alınmış yanğınsöndürən avtomobilləri cənab Prezidentin müvafiq göstərişlərinə uyğun olaraq, regionlarımızın iqtisadi-inkişafı planına uyğun formada işğaldan azad olunmuş ərazilərimizdə yanğın təhlükəsizliyinin təmin olunması üçün nəzərdə tutulub".

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini polkovnik Əkbər Novruzov deyib.

O bildirib ki, yanğınsöndürən avtomobilləri vasitəsilə işğaldan azad olunmuş ərazilərdə bütün yanğın təhlükəsizliyi dayanıqlığı təmin olunacaq:

"Bu texnikalarla işğaldan azad olunmuş ərazilərimizin həm yaşayış sahələrini, həm sənaye zonalarını, həm də dağlıq-meşə zonalarında yanğınların söndürülməsi işlərini aparacağıq. Burada çoxmərtəbəli binalarda xilasetmə işlərinin aparılması üçün avtonərdivanlar var. Həmçinin yaşayış zonalarında yanğınların söndürülməsi üçün xüsusi yanğınsöndürən avtomobilləri var.

Eyni zamanda meşədə, dağlıq ərazilərdə meşə yanğınlarının söndürülməsi üçün istifadə olunan avtomobillər var. Həmçinin bu avtomobillərin içərisində sənaye sektorları üçün nəzərdə tutulmuş yüksək məhsuldarlığa malik nasoslu avtomobillər də mövcudur. Bu avtomobillər vasitəsilə yanğınların söndürülməsində həm xilasetmə işlərinin aparılmasında, həm də meşə yanğınlarının söndürülməsində istifadə olunacaq".

Xatırladaq ki, dekabrın 9-da Azərbaycan Prezidenti İlham Əliyev FHN tərəfindən alınmış və işğaldan azad olunmuş ərazilərdə istifadə ediləcək xüsusi təyinatlı texnikalar və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən alınmış müasir təcili tibbi yardım avtomobilləri ilə tanış olub.

Daxili siyasət Daxili siyasət
Azərbaycanda radioyayım şəbəkəsinin genişləndirilməsinə 13,7 milyon manat ayrılıb

Azərbaycanda radioyayım şəbəkəsinin genişləndirilməsinə 13,7 milyon manat ayrılıb

Daxili siyasət Daxili siyasət
İlham Əliyev: "Yeni elektrik stansiyası Avropanın enerji təhlükəsizliyinə də növbəti töhfə olacaq"

İlham Əliyev: "Yeni elektrik stansiyası Avropanın enerji təhlükəsizliyinə də növbəti töhfə olacaq"

Daxili siyasət Daxili siyasət
Leyla Abdullayeva Paris məhkəməsinin qərarı barədə: "Ədalət bərqərar oldu"

Leyla Abdullayeva Paris məhkəməsinin qərarı barədə: "Ədalət bərqərar oldu"

Daxili siyasət Daxili siyasət
Qərbi Azərbaycan Xronikası: Çarın itaətini qəbul etməyən Pəmbək mahalı

Qərbi Azərbaycan Xronikası: Çarın itaətini qəbul etməyən Pəmbək mahalı

Daxili siyasət Daxili siyasət
“Ermənistanla sərhəddə nəzarət-buraxılış məntəqəsinin yaradılması vacib idi”

“Ermənistanla sərhəddə nəzarət-buraxılış məntəqəsinin yaradılması vacib idi”

Daxili siyasət Daxili siyasət
Azərbaycan və Özbəkistan Baş nazirlərinin görüşü olub

Azərbaycan və Özbəkistan Baş nazirlərinin görüşü olub

Daxili siyasət Daxili siyasət
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının tərkibində dəyişiklik edilib

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının tərkibində dəyişiklik edilib

Daxili siyasət Daxili siyasət
Nazir müavini: "Azərbaycanda zəlzələyə qarşı qabaqlayıcı tədbirlər görülməlidir"

Nazir müavini: "Azərbaycanda zəlzələyə qarşı qabaqlayıcı tədbirlər görülməlidir"

Daxili siyasət Daxili siyasət
Dövlət rüsumunun hesablanması və dövlət büdcəsinə köçürülməsinə nəzarət qaydası təsdiqlənib

Dövlət rüsumunun hesablanması və dövlət büdcəsinə köçürülməsinə nəzarət qaydası təsdiqlənib

Daxili siyasət Daxili siyasət
Əziz Əliyevin vaxtilə iş otağında olan heykəltəraşlıq əsəri Azərbaycan Prezidentinə təqdim edilib

Əziz Əliyevin vaxtilə iş otağında olan heykəltəraşlıq əsəri Azərbaycan Prezidentinə təqdim edilib

Daxili siyasət Daxili siyasət
Vilayət Zahirov: "Elə bələdiyyə sədrləri var ki, verdiyimiz müəyyən təklifləri qəbul etmirlər"

Vilayət Zahirov: "Elə bələdiyyə sədrləri var ki, verdiyimiz müəyyən təklifləri qəbul etmirlər"

Daxili siyasət Daxili siyasət
Nazir və komitə sədrlərinin qəbul günləri açıqlanıb - SİYAHI

Nazir və komitə sədrlərinin qəbul günləri açıqlanıb - SİYAHI