Hikmət Hacıyev: "Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyi barədə beynəlxalq mexanizmlərin yaradılması haqqında razılığın əldə olunması yalandır"

Hikmət Hacıyev: "Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyi barədə beynəlxalq mexanizmlərin yaradılması haqqında razılığın əldə olunması yalandır"

"Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyi ilə bağlı beynəlxalq mexanizmlərin yaradılması haqqında razılığın əldə olunması yalandır".

Bunu "Birxeber.Az"a Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbə müdiri Hikmət Hacıyev Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Vaşinqtonda Qarabağda yaşayan ermənilərin hüquq və təhlükəsizliyi barədə beynəlxalq mexanizmlərin yaradılması barədə guya razılıq əldə olunduğuna dair bəyanatla çıxış etməsinə münasibət bildirərkən deyib.

O, Ermənistan Təhlükəsizlik Şurasının katibi tərəfindən aparılmış müzakirələrin mahiyyətinin birtərəfli qaydada təhrif olunduğunu təəssüflə qeyd edib: "Oktyabrın 13-də Azərbaycan mediasına verdiyim müsahibədə Vaşinqtonda keçirilmiş müzakirələrin məzmunu və mahiyyəti barədə ətraflı məlumat verilib. Bir daha qeyd etmək istərdim ki, guya Vaşinqtonda Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin hüquq və təhlükəsizliyi barədə beynəlxalq mexanizmlərin yaradılması haqqında razılığın əldə olunmasına dair açıqlamalar yalandır. Danışıqlarda hər hansı məsələnin qaldırılması həmin məsələyə dair razılığın əldə olunduğu demək deyil. Sentyabrın 27-də Vaşinqton şəhərində, Ağ Evdə ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan tərəfindən təşkil olunmuş görüşdə tərəfimizdən bir daha bildirildi ki, Azərbaycan Qarabağda yaşayan erməni əhalisinin hüquq və təhlükəsizliyi məsələsini heç bir beynəlxalq tərəfdaşla müzakirə etməyəcək, bu, Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında ölkəmizin daxili işidir, milli suverenlik məsələsidir və hər hansı beynəlxalq mexanizmin yaradılmasından söhbət belə gedə bilməz. Azərbaycan bu məsələni nə Ermənistan və nə də digər dövlətlə və təşkilatla müzakirə etmək fikrində belə deyil. Görüşdə ABŞ nümayəndəsi tərəfindən də Azərbaycanın suverenliyinə hörmətlə yanaşıldığı bir daha qeyd olundu".

H.Hacıyev bildirib ki, Praqa və Soçidə qəbul edilmiş bəyanatlara zidd olaraq, Ermənistan rəsmilərinin Azərbaycanın suveren əraziləri barəsində bu kimi açıqlamalarla çıxış etməsi Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı qəsd kimi qiymətləndirilir: "Bu və son vaxtlar Ermənistan rəsmiləri tərəfindən səsləndirilən digər ziddiyyətli açıqlamalar və irəli sürülən lazımsız yeni elementlər Ermənistan tərəfinin qəsdən sülh müqaviləsi üzrə danışıqları pozmaq və yalnız danışıqlar imitasiyası yaratmaq niyyətini göstərir. Ermənistan tərəfinə bu kimi destruktiv siyasətindən əl çəkməyi, regionda davamlı sülhün və təhlükəsizliyin təmin olunması üçün siyasi iradə nümayiş etdirərək sülh müqaviləsi üzrə danışıqlarda ciddi surətdə iştirak etməyi tövsiyə edirik".

Xarici siyasət Xarici siyasət
Prezident İlham Əliyev Hindistanın yeni səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB

Prezident İlham Əliyev Hindistanın yeni səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB

Xarici siyasət Xarici siyasət
Azərbaycan və Rusiya XİN başçıları Laçın yolundakı vəziyyəti müzakirə ediblər

Azərbaycan və Rusiya XİN başçıları Laçın yolundakı vəziyyəti müzakirə ediblər

Xarici siyasət Xarici siyasət
Azərbaycan lideri: "Ümid edirik ki, Ermənistan sülh sazişi təklifi ilə bağlı şərhlərimizə müsbət cavab verəcək"

Azərbaycan lideri: "Ümid edirik ki, Ermənistan sülh sazişi təklifi ilə bağlı şərhlərimizə müsbət cavab verəcək"

Xarici siyasət Xarici siyasət
Azərbaycan Prezidenti Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə çıxış edir

Azərbaycan Prezidenti Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə çıxış edir

Xarici siyasət Xarici siyasət
Ceyhun Bayramov ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan ilə görüşüb

Ceyhun Bayramov ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan ilə görüşüb

Xarici siyasət Xarici siyasət
“Qayınana” komediyası Özbəkistanda yeni mövsümdə tamaşaya qoyulub

“Qayınana” komediyası Özbəkistanda yeni mövsümdə tamaşaya qoyulub

Xarici siyasət Xarici siyasət
Prezident: "Azərbaycan-Ermənistan sərhədi istiqamətində öz doğma torpaqlarımızdayıq"

Prezident: "Azərbaycan-Ermənistan sərhədi istiqamətində öz doğma torpaqlarımızdayıq"

Xarici siyasət Xarici siyasət
XİN: "Azərbaycan liderlərin Brüssel görüşünə razılıq verib, Kişinyov görüşü ilə bağlı yekun razılıq hələlik yoxdur"

XİN: "Azərbaycan liderlərin Brüssel görüşünə razılıq verib, Kişinyov görüşü ilə bağlı yekun razılıq hələlik yoxdur"

Xarici siyasət Xarici siyasət
Dövlət Departamenti Brüsseldəki görüşə münasibət bildirib: “Bu, irəliyə doğru mühüm addımdır”

Dövlət Departamenti Brüsseldəki görüşə münasibət bildirib: “Bu, irəliyə doğru mühüm addımdır”

Xarici siyasət Xarici siyasət
Səudiyyəli nazir: "Azərbaycanın yenidənqurma və bərpa işləri vasitəsilə sülh mərhələsinə keçidi uğurlu olacaq"

Səudiyyəli nazir: "Azərbaycanın yenidənqurma və bərpa işləri vasitəsilə sülh mərhələsinə keçidi uğurlu olacaq"

Xarici siyasət Xarici siyasət
Ankarada Ümummilli liderin anım günü ilə bağlı "Heydər Əliyev və TÜRKSOY" adlı tədbir keçirilib

Ankarada Ümummilli liderin anım günü ilə bağlı "Heydər Əliyev və TÜRKSOY" adlı tədbir keçirilib

Xarici siyasət Xarici siyasət
ADA-da “Heydər Əliyev və xarici siyasətin Azərbaycan modeli” mövzusunda panel müzakirəsi keçirilib

ADA-da “Heydər Əliyev və xarici siyasətin Azərbaycan modeli” mövzusunda panel müzakirəsi keçirilib