Azərbaycan və İraq arasında İKT əməkdaşlığı üzrə Anlaşma Memorandumu qüvvəyə minib

Azərbaycan və İraq arasında İKT əməkdaşlığı üzrə Anlaşma Memorandumu qüvvəyə minib

Prezident İlham Əiyev “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə İraq Respublikasının Rabitə Nazirliyi arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə fərman imzalayıb.

"Birxeber.Az"un məlumatına görə, sənəd ötən il dekabrın 7-də Bağdad şəhərində imzalanıb.

Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə İraq Hökumətinə bildiriş göndərməlidir.