XİN Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin görüşü ilə bağlı məlumat yayıb

XİN Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin görüşü ilə bağlı məlumat yayıb

15 mart 2024-cü il tarixində Azərbaycan Respublikası, Gürcüstan və Türkiyə Respublikasının xarici işlər nazirlərinin 9-cu üçtərəfli görüşü keçiriləcək.

Bu barədə Birxeber.Az-ya XİN-dən bildirilib.

Qeyd edilib ki, üçtərəfli görüş çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun həmkarları ilə təkbətək görüşlərinin, habelə xarici işlər nazirlərinin birgə mətbuat konfransının keçirilməsi nəzərdə tutulub.