Türkiyədə 5,2 maqnitudalı zəlzələ olub

Türkiyədə 5,2 maqnitudalı zəlzələ olub

Türkiyənin Malatya bölgəsində 5,2 maqnitudalı zəlzələ olub.

“Report” xəbər verir ki, bu barədə ölkənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi (AFAD) məlumat yayıb.

Zəlzələnin episentri 13.93 km dərinlikdə yerləşib.

Hələlik hər hansı bir neqativ halın olmadığı bildirilib.