Azərbaycan stolüstü tennisçiləri beynəlxalq yarışda iştirak edəcəklər

Azərbaycan stolüstü tennisçiləri beynəlxalq yarışda iştirak edəcəklər

Azərbaycan stolüstü tennisçiləri beynəlxalq yarışda iştirak edəcəklər.

"Birxeber.Az"un Azərbaycan Tennis Federasiyasının mətbuat xidmətinə istinadən məlumatına görə, yığma bu dəfə Türkiyədə keçiriləcək “Avropa Gənclər Seriyası” turnirində mübarizə aparacaq.

Türkiyənin Nevşehir şəhərində təşkil olunacaq yarışda məşqçilər Ramil Cəfərov və Elnur Hidayətzadənin rəhbərliyi altında Tunar Bağırov, Uğur Nəzərli, Şəbnəm Mansurova və Xədicə Eylazova 15 yaşadək, Onur Quluzadə, Şakir Qədirov, Yağmur Məmmədli, Banu Baytallı isə 13 yaşadək idmançılar arasında bacarığını göstərəcək.

Beynəlxalq dərəcəli hakimlər Zaur Mikayılovla Xəyalə Qiyasova turnirin oyunlarını idarə edəcəklər.

Qeyd edək ki, yarış martın 13-dən 17-dək keçiriləcək.