Mir Cəlal Paşayevin "Füzuli sənətkarlığı" kitabının təqdimatı və müzakirəsi keçirilib - FOTO

Mir Cəlal Paşayevin "Füzuli sənətkarlığı" kitabının təqdimatı və müzakirəsi keçirilib - FOTO

Azərbaycan Milli İncəsənət Muzeyində XX əsrin görkəmli ədibi, alimi, pedaqoqu professor Mir Cəlal Paşayevin "Füzuli sənətkarlığı" kitabının təqdimatı və müzakirəsi keçirilib.

APA xəbər verir ki, tədbirdə mədəniyyət nazirinin müavini Murad Hüseynovla yanaşı, ölkənin mədəni-ictimai xadimləri, tanınmış ədəbiyyatşünaslar, deputatlar, eləcə də media mənsubları iştirak edib.

Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova giriş sözü ilə çıxış edərək qonaqları salamlayıb. O Mir Cəlal Paşayev yaradıcılığının çoxşaxəliliyindən söz açaraq belə bir tədbirə muzeyin ev sahibliyi etməsindən məmnunluğunu ifadə edib.

Daha sonra qonaqlar Mir Cəlal Paşayev və onun "Füzuli sənətkarlığı" kitabı, eləcə də Məhəmməd Füzuli poeziyasından söz açıblar. Təqdimat mərasimi çıxışların ardından bədii hissə ilə davam edib.

Ləman Cəfərli