Rusiya MN: Ukraynanın Belqorod və Kursk vilayətlərinə girmək cəhdinin qarşısı alınıb - YENİLƏNİB

Rusiya MN: Ukraynanın Belqorod və Kursk vilayətlərinə girmək cəhdinin qarşısı alınıb - YENİLƏNİB

Rusiya Müdafiə Nazirliyi Ukrayna hərbçilərinin Belqorod və Kursk vilayətlərinə daxil olmaq cəhdi ilə bağlı məlumat yayıb.

APA-nın Rusiya bürosu xəbər verir ki, məlumatda Rusiya tərəfinim bu cəhdin qarşısını aldığı bildirilib.

"Bu gün səhər Rusiya hərbçiləri Federal Təhlükəsizlik Xidmətinin sərhədçiləri ilə birlikdə Ukraynanın Belqorod və Kursk vilayətlərinin ərazisinə girmək cəhdinin qarşısını alıblar", deyə məlumatda qeyd olunub.

***

12:36

Ukrayna qoşunlarının Rusiya ərazisinə daxil olmağa cəhd etməsi təsdiqlənib.

APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə Kursk vilayətinin qubernatoru Roman Starovoy bildirib.

Onun sözlərinə görə, Ukraynanın diversiya-kəşfiyyat qrupu Kursk vilayətinin Tetkino yaşayış məntəqəsinə soxulmağa çalışıb: "Atışma olub, lakin heç bir irəliləyiş olmayıb", deyə vilayət qubernatoru Telegram kanalında bildirib.