Qohum evlilikləri üçün genetik test yönləndirmə mərkəzlərinin yaradılması təklif olunur

Qohum evlilikləri üçün genetik test yönləndirmə mərkəzlərinin yaradılması təklif olunur

Qohum evlilikləri üçün genetik test yönləndirmə mərkəzləri yaradıla bilər.

"Report" xəbər verir ki, bu barədə Sosial Tədqiqatlar Mərkəzinin (STM) İdarə Heyətinin sədri, deputat Zahid Oruc qohum nikahları ilə bağlı ictimai müzakirədə çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, insanlar genetik testin nəticələrinin məxfi və etik olduğuna əmin olmalıdırlar: "Genetik xəstəliklərlə bağlı araşdırmalar təşviq edilməlidir".

Deputat həmçinin qeyd edib ki, qohum evlilikləri və onun fəsadları haqqında geniş dini müzakirələr aparılmalıdır: "Çünki nikahın göylərdə kəsilməsi kimi səmavi inanclara əsaslanıb hökmlərin verilməsi məlum durumu yaradıb. İndi baxışlar dəyişməlidir".