Livandan İsrailə yüzə yaxın raket atılıb

Livandan İsrailə yüzə yaxın raket atılıb

Livandan İsrailin şimal ərazilərinə yüzə yaxın raket atılıb.

“Birxeber.Az” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.

Martın 12-də səhər saatlarında Livanda yerləşən “Hizbullah” İsrailə doğru 70-ə yaxın raket atıb. Daha sonra İsrailə daha 30-a yaxın raketlə hücum edilib. İsrail ordusu bunu 2023-cü il oktyabrın 7-dən bəri ən ağır hücumlardan biri adlandırıb.

Qeyd edilib ki, bu raketlərin hamısı açıq ərazilərə düşüb. Hər iki hücumdan sonra itkilər barədə məlumat verilməyib.