“Hizbullah” lideri HAMAS nümayəndə heyətini qəbul edib

“Hizbullah” lideri HAMAS nümayəndə heyətini qəbul edib

“Hizbullah” lideri Həsən Nəsrullah HAMAS nümayəndə heyətini qəbul edib.

Birxeber.Az xəbər verir ki, bu barədə Livan KİV məlumat yayıb.

Məlumata əsasən, HAMAS nümayəndə heyətinə Siyasi Büro üzvü Xəlil əl-Həyya başçılıq edib.

Tərəflər arasında İsrail-HAMAS razılaşması üzrə danışıqlar prosesi, həmçinin Qəzza zolağı və İordan çayının qərb sahilindəki vəziyyət müzakirə edilib.