Premyer Liqa: "Qəbələ" son dəqiqələrdə məğlubiyyətdən xilas olub
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIII tura start verilib.
"Birxeber"un məlumatına görə, açılış oyununda "Sumqayıt" Qəbələdə eyniadlı komandanın qonağı olub. Şəhər stadionundakı görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb.
Hesabı 17-ci dəqiqədə Araz Abdullayev açıb. Əyalət təmsilçisi 88-ci dəqiqədə İsnik Aliminin cərimə zərbəsindən vurduğu qolla məğlubiyyətdən xilas olub.
İlk hissədə qonaqların müdafiəçisi Camaləddin Xocaniyazov zədələnərək, Rüfət Abdullazadə ilə əvəzlənib.
Bu nəticədən sonra xallarını 35-ə çatdıran "Qəbələ" 4-cü pillədəki mövqeyini qoruyub. 15 xalı olan "Sumqayıt" isə 7-ci sırada yer alıb.
Günün digər matçında "Qarabağ" "Şamaxı"nı qəbul edəcək.
Qeyd edək ki, tura aprelin 16-da keçiriləcək "Zirə" - "Səbail" və "Neftçi" - "Sabah" oyunları ilə yekun vurulacaq.