Nəsimi rayonunda 48 yaşlı qadını avtomobil vurub

Nəsimi rayonunda 48 yaşlı qadını avtomobil vurub

Bakının Nəsimi rayonunda 48 yaşlı qadın yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

"Report" xəbər verir ki, 1976-cı il təvəllüdlü Əliyeva Tünzalə Rafiq qızı yolu keçərkən avtomobil onu vurub.

Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.