Kamerunda 60-dan çox futbolçu yaş barədə yanlış məlumat verdiyinə görə cəzalandırılıb

Kamerunda 60-dan çox futbolçu yaş barədə yanlış məlumat verdiyinə görə cəzalandırılıb

Kamerun Futbol Federasiyası 62 futbolçunu yaş barədə yanlış məlumat verdiyinə görə cəzalandırıb.

“Birxeber.Az” xəbər verir ki, bu barədə “Le Figaro” qəzeti məlumat yayıb.

Qeyd olunub ki, Uilfrid Natan Duala cəzalı futbolçular siyahısına daxil edilib. O, 2024-cü ilin əvvəlində baş tutmuş Afrika Millətlər Kubokunda Kamerun komandasının heyətinə daxil idi. Rəsmi məlumata görə, futbolçunun 17 yaşı var.

62 futbolçunun hamısı mövsümün sonuna kimi yarışlardan kənarlaşdırılıb.