Rusiya səfiri Moldova XİN-ə çağırılıb

Rusiya səfiri Moldova XİN-ə çağırılıb

Rusiyanın Kişineudakı səfiri Oleq Vasnetsov Moldova Xarici İşlər Nazirliyinə çağırılıb.

“Birxeber.Az” xəbər verir ki, bu barədə nazirliyin teleqram kanalında məlumat verilib.

Buna səbəb martın 17-də Rusiyada keçiriləcək prezident seçkiləri üçün tanınmamış Dnestryanı bölgədə səsvermə məntəqələrinin açılması planları ilə bağlı mətbuatda yayılan məlumatlardır.

“Rusiya diplomatı Moldovanın Dnestryanı bölgəsində seçki məntəqələrinin açılması qərarı ilə razılaşmadığı barədə məlumatlandırılacaq”, - paylaşımda bildirilib.