Türk dövlətlərindən bir qrup jurnalistin Türkiyəyə səfəri təşkil olunub

Türk dövlətlərindən bir qrup jurnalistin Türkiyəyə səfəri təşkil olunub

Türk dövlətlərindən bir qrup jurnalistin Türkiyəyə səfəri təşkil olunub.

“Report” xəbər verir ki, Türkiyənin Turizmin İnkişaf etdirilməsi Agentliyinin (TGA) dəvəti ilə təşkil olunan səfər çərçivəsində Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın media nümayəndələrinin İstanbul və Bursa şəhərlərinin tarixi məkanları ilə yaxından tanışlığı nəzərdə tutulub.

Eyni zamanda, jurnalistlərə Ramazan ayı münasibətilə qardaş ölkənin adət-ənənələri, müqəddəs ayda hazırlanan məxsusi təamlar haqqında ətraflı məlumat veriləcək.

Səfər martın 13-dək davam edəcək.