Ankarada avtobus aşıb, 24 nəfər yaralanıb

Ankarada avtobus aşıb, 24 nəfər yaralanıb

Ankaranın Sincan rayonunda sərnişin avtobusu aşıb.

“Report” xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Bildirilib ki, hadisə nəticəsində 24 nəfər yaralanıb. Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub.

Qəzanın səbəbi məlum deyil.